Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) — nar sektorunu vahid strategiya ətrafında birləşdirən aparıcı İctimai Birlikdir.
İstehsaldan ixraca qədər bütün dəyər zəncirini əhatə edərək, yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət gücünü artırmağa çalışırıq. Assosiasiya 500-dən çox fermer, emalçı, ixracatçı və istehlakçı üzvü bir araya gətirir.
Azərbaycan narını qlobal bazarda layiqincə təmsil etmək, "Made in Azerbaijan" brendi altında sahənin davamlı inkişafına töhfə vermək məqsədimizdir.
Missiyamız
Azərbaycan narının istehsalını, emalını və ixracını inkişaf etdirmək, narçıların rifahını yüksəltmək və ölkəmizin bu qədim məhsulunu dünya bazarlarında tanıtmaq.
Vizyonumuz
Azərbaycan narını qlobal bazarın tanınmış brendinə çevirmək və ölkəmizi dünyanın aparıcı nar ixracatçıları sırasına çıxarmaq.
Xidmətlərimiz
ANİİA narçılıq sahəsində tam dövrü əhatə edən xidmətlər göstərir:
İstehsal və aqrotexnika
- Yüksək istehsal texnologiyalarının tətbiqi
- Keyfiyyətli şitillik və patentləşdirilmiş nar tinglərinin təmini
- Damcılı suvarma sistemlərinin tətbiqi
- Orqanik gübrələmə metodlarına keçid
- Zərərvericilərə qarşı mübarizə üzrə maarifləndirmə
Məhsul yığımı və emal
- Qabaqcıl yığım texnologiyaları
- Çeşidləmə, qablaşdırma və etiketləmə standartları üzrə təlimlər
- Soyuducu anbarlarda saxlanma üzrə texniki dəstək
İxrac və bazarlara çıxış
- Global GAP, Orqanik, Bio sertifikatların alınmasında dəstək
- Logistika üzrə məsləhət xidmətləri
- Beynəlxalq sərgilərdə təmsilçilik
- "Azərbaycan Narı" brendi altında vahid satış platforması
Fəaliyyət istiqamətlərimiz
İstehsal dəstəyi
Müasir aqrotexniki yanaşmalar, suvarma, gübrələmə, dərmanlama və budama üzrə peşəkar dəstək təlimləri.
Keyfiyyət və sertifikasiya
GlobalG.A.P., orqanik və beynəlxalq standartlara uyğun istehsal, fitosanitar sertifikatı (ixrac).
Qablaşdırma və logistika
Məhsulun düzgün saxlanması, çeşidlənməsi, qablaşdırılması və effektiv logistika həlləri.
İxrac və bazarlar
Yeni bazarlara çıxış, strateji tərəfdaşlıqlar və brendin qlobal tanıdılması, dövlət-özəl dialoqu.
Fermerdən bazara
Bağdan başlayaraq qablaşdırma və ixraca qədər uzanan vahid dəyər zənciri — keyfiyyətin hər mərhələdə qorunması.














